Fransa millisinin futbolçusu Rayan Şerki Paraqvay üzərində qazanılan qələbədən sonra sərt açıqlama verib.
Apasport.az xəbər verir ki, gənc futbolçu rəqibin oyun tərzinə toxunub.
“Bu gün bizə qarşı savaşmaq istəyənlərə göstərdik ki, biz də savaşa hazırıq. 30 qayda pozuntusu edib heç bir kart görməməyin mümkün olduğunu bilmirdim.
Əgər əllərimizi çirkaba batırmağımız lazımdırsa, biz təkcə əlimizi uzatmarıq, birbaşa içinə girərik”, - deyə Şerki bildirib.
Qeyd edək ki, Paraqvay Fransa ilə oyunda 30 qayda pozuntusu etsə də, heç bir futbolçusu vərəqə almayıb. Fransa görüşü 1:0 hesablı qələbə ilə başa vurub.
- Cəfərov millimizin AÇ-də "qızıl" həsrətinə son qoydu
- Azərbaycan Kubokunun 32 illik tarixində 32 qollu rekord
- Fərid Qayıbov: "İnanıram ki, növbəti Olimpiya Oyunlarında lisenziyalarımızın sayı artacaq"
- Günün matçları bu kanallarda - TV AFİŞA
- Rüfət Abdullazadə məhsuldar ötürmə etdi, komandası məğlub oldu