Səudiyyə Ərəbistanında keçirilməli olan Türkiyə Superkubok matçı məlum səbəblərə görə təxirə salındı.
Apasport.az xəbər verir ki, görüşün ləğv olunmasından sonra bir çox klub, idarəçi və dövlət rəsmiləri matçın keçirilməsi üçün stadion təklifləri ediblər.
Maraqlı təkliflərdən biri isə qardaş ölkədə daha əvvəl prezidentliyə namizəd olmuş, Cumhur ittifaqının üzvü Sinan Oğandan gəlib.
Oğan rəsmi "twitter" hesabından Xankəndi şəhər stadionunun şəklini paylaşıb və əlavə edib:
"Mütləq ölkə xaricində oynamaq istəyirsinizsə, mənim təklifim Xankəndi stadionudur. Əks halda isə bu final paytaxta - Ankaraya yaraşar".
Qeyd edək ki, dünən ərəblərin Atatürk, himn, pankart kimi qadağalarından sonra Türkiyə klubları matça çıxmaqdan imtina edib.
- Antonio Konte "Napoli"də
- Mehdi Hüseynzadə adına stadionda mövsümün rekordu qırıldı
- İspaniya klublarının ÇL uğursuzluğu - STATİSTİKA
- Branimir Subaşiç: “Azərbaycan millisi Belçika ilə görüşdə daha çoxuna layiq idi” - MÜSAHİBƏ
- "Elfsborq"un futbolçusu: "Ümid edirəm ki, bu gecə hava mümkün qədər soyuq olar"