“Siti”də ciddi itki
13.02.2025 - 22:48
İngiltərənin "Mançester Siti" klubunun heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin əsas müdafiəçilərindən Manuel Akanji sıradan çıxıb.
İsveçrəli futbolçu Çempionlar Liqası pley-off mərhələsinin "Real"la matçında (2:3) zədələnib.
29 yaşlı mərkəz müdafiəçisinin zəsəsinin ciddi olduğu bildirilir.
Təcrübəli oyunçu mövsümün qalan hissəsində iştirak etməyə bilər.
Qeyd edək ki, İsveçrə millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 assistlə yadda qalıb.
- Canni de Byazi: "Əsas odur ki, göydə uçmasınlar, ayaqları yerdə qalsın" - MÜSAHİBƏ
- "Borussiya" Terziçlə müqaviləni uzatmaq istəyir
- Millimiz beynəlxalq turnirdə ardıcıl dördüncü qələbəsini qazanıb
- Almaniyada ilin ən yaxşı futbolçusu bəlli olub
- “Qarabağ” qalib gəldi, "Neftçi" bürüncü rəsmiləşdirdi - YENİLƏNİB
0
0