
Çempionlar Liqasının sabah keçiriləcək final oyununda “Real”la “Liverpul” üz-üzə gələcək.
Apasport.az saytının məlumatına görə, futbol ulduzları da qarşılaşma barədə proqnoz verən mütəxəssislərdən geri qalmayıb.
Matça proqnoz verənlər sırasında “Bavariya”nın futbolçusu Tomas Müller də yer alıb. Təcrübəli oyunçu görüş haqda gözləntisini açqılayıb:
“Belə təəssürat var ki, “Liverpul” daha yaxşıdır. Əgər “Real”ın çempionatda və xüsusilə Çempionlar Liqasında etdiklərinə baxsaq, mən onları da hesabdan silməzdim. Bu üzdən də belə deyirəm: 2:2 və “Liverpul”un penaltilərlə qələbəsi”.
Qeyd edək ki, Çempionlar Liqasının sabah keçiriləcək “Liverpul” – “Real” finalı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Selçuk İnan "Kasımpaşa"da
- Millimiz Özbəkistanda təlim-məşq toplanışına start verib
- “Səbail”in məşqçi və futbolçu heyəti üçün seminar keçirilib
- Ukrayna tarixinin ən bahalı futbolçuları – Zinçenko 2-ci pilləyə yüksəldi
- Zaur Bayramov: "Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir"