Türkiyə millisində baş məşqçi dəyişikliyi olacağı dəqiqləşib.
Apasport.az saytı xəbər verir ki, Stefan Kuntzla Türkiyə Futbol Federasiyasının rəhbəri Mehmet Büyükekşi arasında görüş olub.
Görüş zamanı 60 yaşlı alman mütəxəssisin millidəki fəaliyyəti müzakirə edilib. Xüsusilə AVRO-2024-ün seçmə mərhələsinin Ermənistanla (1:1) ev oyunundakı bərabərlik və yoldaşlıq görüşündə Yaponiyaya böyük hesablı məğlubiyyət (2:4) ciddi narazılıqlara səbəb olub. Türkiyə mediasının xəbərinə görə, Federasiya rəhbərliyi bütün bu uğursuzluqları nəzərə alaraq, məşqçi ilə yolları ayırmağa qərar verib.
Qeyd edək ki, Stefan Kunts 2021-ci ilin sentyabrından Türkiyə millisinin sükanı arxasında idi.
- Boksçularımız “Heydər Əliyev Kuboku 2026” beynəlxalq turnirində 45 medal qazanıblar
- Güləşçilərimiz Gürcüstanda mübarizə aparacaqlar
- "Fənərbaxça" Argentina nəhənginin futbolçusunu istəyir
- İki boksçumuz Rusiyadakı turnirdə finala yüksəlib
- Çempionlar Liqası: Ən çox azarkeş “Qarabağ” – “Lex” matçında olub