İzmir şəhərinin “Qarabağlar” Futbol Klubu qeyri-adi transferlə diqqət mərkəzinə düşüb.
Apasport.az saytı xəbər verir ki, qardaş ölkənin həvəskarlar liqasında mübarizə aparan komanda yeni qapıçı ilə limitsiz kəllə paça yemə qarşılığında müqavilə imzalayıb.
23 yaşlı qolkiper Kənan Gürsen Saat klub prezidentinə məxsus restorana tez-tez gəldiyini və burada verilən kəllə paçanı çox sevdiyini deyib. Onun sözlərinə görə, bu təklif də özündən gəlib: “Prezidentimiz də bir illik komandanın heyətində çıxış edəcəyim təqdirdə məni limitsiz xaşla təmin edəcəyini bildirdi. Məncə, bu, hər iki tərəfin ürəyincə olan bir razılaşmadır”.
Yeni hədəfləri barədə da danışan qapıçı komanda çempion olacağı təqdirdə kəllə paçanın yanına kabab da əlavə edəcəyini sözləyib.
Qeyd edək ki, “Qarabağlar” həvəskarlar liqasında 18 oyundan sonra 9 xalla turnir cədvəlində 10 komanda sırasında 9-cudur. Onlar 10 qol vurub, 50 top buraxıblar.
- Belçika millisinin baş məşqçisi açıqlandı
- 33 cüdoçumuz Parisdə beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Adrian Mutu: “Söz verirəm ki, uğur üçün hər matçda 200 faizimizi verməyə hazırıq”
- Gimnastika üzrə Azərbaycan millisi beynəlxalq turnirdə bürünc medal qazanıb
- Cüdoçularımız Beynəlxalq Belçika Açıq Cüdo turnirində iştirak edəcək