“Yunayted” argentinalı ilə bağlı qərarını verib
08.06.2025 - 20:58

Argentinalı futbolçu Alexandro Qarnaço “Mançester Yunayted”dən ayrılmağa qərar verib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, 20 yaşlı vinger "qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorimin gələcək planlarına daxil deyil və bunu oyunçuya bildirib.
Qeyd edək ki, Argentina millisinin üzvü başa çatan mövsümdə "Yunayted"in heyətində 58 oyunda 11 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
- Portuqaliyadan Azərbaycana - “Karvan”dan növbəti transfer
- Basketbolçularımız Dünya Seriyasının final mərhələsində ilk qələbəsini qazanıb
- Olimpiya Oyunlarının qaranlıq üzü: Zərif cinsin güclü iradəsi
- Messinin forması hərracda satıldı - Fantastik qiymət
- Fernandu Santuş: “Bütünlüklə sabahkı oyuna köklənmişik”
0
0