“Yuventus”da yeni müqavilə - RƏSMİ
18.04.2026 - 20:24
"Yuventus" kapitan Manuel Lokatellinin müqaviləsinin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İtaliya millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, "Yuventus" Manuel Lokatellini 2021-ci ilin yayında "Sassuolo"dan transfer edib. 28 yaşlı yarımmüdafiəçi bu mövsüm "qoca sinyora"nın heyətində meydana çıxdığı 41 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Qarabağ” – “Zirə” matçının biletlərinin satış tarixi açıqlanıb
- Pedro Netodan yeni rekord
- Azərbaycanda məşqçi futbolçunu iclasda döydü, ağız-burnunu partlatdı
- “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
- Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub
0
0