Misli Premyer Liqasının XVI turu “Araz-Naxçıvan”ın futbolçusu Slavik Alxasov üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib.
Onun yubileyi “Səbail”lə səfər görüşünə (2:0) təsadüf edib. Slavik 300 oyunda 15 qola imza atıb.
Debütü 2011/12 mövsümündə “Sumqayıt”da gerçəkləşən futbolçu ümumilikdə 7 klubda forma geyinib O, Sumqayıtın eyniadlı komandasında 126 (3 qol), “Xəzər Lənkəran”da 10, “İnter” və “Keşlə” adlandığı illərdə “Şamaxı”da 92 (10 qol), “Sabah”da 34 (2 oyun), “Zirə”də 20, “Turan Tovuz”da 7, “Araz-Naxçıvan”da 11 matçda meydana çıxıb.
Alxasov Azərbaycan çempionatları tarixində 300 və daha çox oyun keçirən 29-cu futbolçudur. O, buna cari mövsümdə nail olan 2-ci oyunçudur. “Araz-Naxçıvan”ın digər müdafiəçisi Urfan Abbasov da 300-cü oyununu mövsümün gedişində keçirib.