Aslan Kərimov: “Artıq “Neftçi” üçün məğlub olmaq normal sayılır”
02.12.2024 - 15:56
Aslan Kərimov: “Artıq “Neftçi” üçün məğlub olmaq normal sayılır”

“Neftçi”nin məğlub olmasında əsas rol oynayan bir neçə məqam var idi. Düşünürəm ki, bunlardan biri kobud səhvlər idi”.

Bu sözləri apasport.az saytına açıqlamasında Aslan Kərimov deyib.

Mütəxəssis “Neftçi” - “Qarabağ” matçını dəyərləndirib: “Belə səhvlər buraxmaq olmaz. Hələ rəqib “Qarabağ”dırsa, etdiyin səhvin nəticəsində qapında qol görəcəksən. Hər üç qola baxası olsaq, görərik ki, ən azı ikisində ciddi səhvlər var. “Ağ-qaralar”da keyfiyyət açıq-aşkar ağdamlıların futbolçularından aşağı səviyyədə idi. Oyunçular bir-biri ilə müqayisə olunası deyil. “Qarabağ” yaratdığı qol imkanlarını reallaşdıra bilir. Amma “Neftçi” belə fürsətlər yaratsa da, sonluğu gətirə bilmir. İlk hissədə bunlardan birində hücumçu topu ram edib qapıya yönələ bilmədi. Orda normal hücumçu olsaydı, topu qapıya doğru vuracaqdı. Qapıçı qaytarardı və ya qol olardı, bu artıq məsələnin ikinci tərəfidir. Ozobiçin də yaşının keçdiyini demək lazımdır. Artıq “Neftçi” üçün məğlub olmaq normal sayılır. Komanda fiziki baxımdan da çatdırmır. “Qarabağ”ın açıq futbol oynamasına qarşı “ağ-qaralar” da eynisini etmək istədi. Lakin hücuma çıxarkən geri dönməkdə çətinlik çəkirdilər. İlk hissədə “Neftçi” başabaş mübarizə apara bilsə də, ikinci yarıda futbolçular yoruldular”.

Qeyd edək ki, “Neftçi” öz meydanında “Qarabağ”a 0:3 hesabı ilə məğlub olub.

İsmayıl Xeyrullayev

writer photo
Əlirza Əlirzalı
0