Atıcılarımız Dünya Kubokunda iştirak edəcəklər
03.02.2024 - 16:34
Atıcılıq üzrə Azərbaycan millisinin üzvləri Mərakeşin paytaxtı Rabatda keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, mötəbər yarışda yığmanın 7 atıcısı qüvvəsini sınayacaq.
Səngər stendi komandasının heyətində Aydan Camalova, Əli Hüseynli, Ülviyyə Eyvazova, Sabir Mehdizadə, Alina Rəfixanova, Tamerlan Məmmədov və Əlimirzə Quliyev mübarizə aparacaqlar.
Qeyd edək ki, Dünya Kuboku 4-13 fevral aralığında təşkil olunacaq.
- Xisko Munyoz: "Azarkeşlərimizdən, xalqımızdan üzr istəyirəm"
- Sem Varli: “Qarabağ” “Nant”ın qarşılaşdığı ən təhlükəli komandadır”
- Azərbaycanın gimnastika hakimləri qitələrarası kurslarda yüksək nəticə göstəriblər
- Tarixdə 3-cü: Messi 100 qol səddini keçdi
- Ernad Skuliç: "Məncə, Rəşad Sadıqov istədiyinə nail oldu" - Müsahibə
0
0