Avropa çempionatı: Millimiz yenə məğlub oldu
02.12.2024 - 15:02
Avropa çempionatı: Millimiz yenə məğlub oldu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

Apasport.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz meydan sahibi Kipr yığması ilə üz-üzə gəlib.

B Liqasının V qrupunun son matçında millimiz 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda buna qədər qrupda İsveçrə yığmasına 0:8, Estoniyaya isə 0:3 hesabı ilə məğlub olub.

writer photo
Əlirza Əlirzalı
0