“Qarabağ” əsas futbolçularından olan Bəhlul Mustafazadə ilə artıq danışıqlara start verib.
Apasport.az saytına etibarlı mənbədən daxil olan məlumata görə, Ağdam təmsilçisi mövsümün sonunda klubla müqaviləsi başa çatacaq müdafiəçini başqa komandaya buraxmaq niyyətində deyil.
Buna görə də, onun müqavilə müddətinin artırılmasını istəyir. Artıq futbolçuya bununla bağlı müraciət edilib. Lakin hələ ki, tərəflər sadəcə danışıq ərəfəsindədir. Onun yeni müqavilə imzalayıb-imzalamayacağı yaxın vaxtlarda dəqiqləşəcək.
Qeyd edək ki, 26 yaşlı futbolçu 2021-ci ildə "Qarabağ"a keçmişdi.
- Fariz Nəcəfov: “Köçürmələr olacaq, narahatçılıq yoxdur” - MÜSAHİBƏ
- Ramin Musayev: “Şəxsi biznesimlə məşğulam, futbolla qurtardım”
- Vuds Bakıda federasiya prezidenti ilə görüşdü
- Ağabala Ramazanov futbolçu karyerasını bitirdi
- Prezident cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub