Bir aya yaxındır ki, “Sevilya”ya keçəcəyi ilə bağlı xəbərlərlə gündəmi zəbt edən “Qarabağ”ın forvardı Juninyo Olavionun məsələsi yekunlaşmaq üzrədir.
Transfer məsələsində tərəflər arasında yekun razılıq əldə olunub. Keçidin yaxın günlərdə baş tutması gözlənilir.
Apasport.az saytına verilən məlumata görə, Juninyo hələ ki, ölkəmizi tərk etməyib.
Forvard hazırlığın ilk günündən komandanın məşqlərində iştirak edir. O, “Qarabağ”ın bugünkü səhər məşqində də iştirak edib.
28 yaşlı forvard 2023-cü il iyulun 1-də Ağdam klubuna keçib. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Juninyo karyerası ərzində “Atletiko Paranaense”, “Portimonense”, “Novorizontino”, “Fiqeyrense”, “Vila Nova”, “Eştoril” və “Çaveş” klublarında oynayıb.