Kurban Berdıyev: "Təəssüf ki, o səhvi biz buraxdıq"
29.11.2024 - 18:12
Kurban Berdıyev: "Təəssüf ki, o səhvi biz buraxdıq"

Misli Premyer Liqasının XV turunun "Araz-Naxçıvan" - "Turan Tovuz" matçından (1:0) sonra qonaqların baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.

"Birinci hissədə mövqe oyunu oldu. Qol imkanları da olmadı. Yalnız Otto Conun təkbətək epizodunu istisna etmək olar. Belə oyunlarda birinci səhvə qədər oyun gedir. Təəssüf ki, o səhvi biz buraxdıq".

- Sizə elə gəlmir ki, artıq rəqiblər birinci dövrədə oyunlar üçün resept tapıblar?
- Xeyr. Mən belə düşünmürəm.

- Deyilənə görə, ən bəyəndiyiniz oyunçu Tural Bayramlı idi. Onun oynamamasının səbəbi nədir?
- Rəqabət var. Hücum qrupumuzda ciddi rəqabət hiss olunur.

- Artıq birinci və ikinci pillədən aralaşdınız. Çətin olmayacaq ki, onlara çatmaq?
- Bəli, fərq çoxdur. Bu oyundan çox şey asılı idi. Qarşıda oyunlar çoxdur. Bunun öhdəsindən gəlməyə çalışacağıq.

- "Araz-Naxçıvan"ın əsas gücünü nədə görürsüz? Əsasən qol buraxmadan bir qol vuraraq qalib gəlirlər...
- Yaxşı təşkilatlanmış komandadır. Müdafiədə yaxşı oynayırlar. Müdafiəyə belə ciddi fikir verirlərsə, az qol buraxırlar.

writer photo
Əlirza Əlirzalı
0