Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
16.01.2025 - 18:06
Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib

Gənclər və idman nazirinin müavinlərindən biri vəzifəsindən azad olunub.

Apasport.az xəbər verir ki, Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib.

Vasileva keçmiş bədii gimnast olub və Bolqarıstanın Sofiya şəhərindəki "Levski" klubunda məşqçi kimi işləyib. 2007-ci ildə o, Azərbaycan Gimnastika Federasiyasından məşqçi kimi işləmək üçün dəvət alıb. Qısa müddət sonra Azərbaycana köçüb və burda fəaliyyətə başlayıb.

O, 2021-ci il noyabrın 29-da Prezident İlham Əliyevin sərəncamı ilə Gənclər və İdman nazirinin müavini təyin olunub. Bundan əvvəl Vasileva Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü idi.

writer photo
Əlirza Əlirzalı
0