Millimizin üzvü oynadı, komandası məğlub oldu
19.01.2025 - 01:29
Millimizin üzvü oynadı, komandası məğlub oldu

Azəbaycan millisinin üzvü Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, onun çıxış etdiyi "Bandırmaspor" "Erzurumspor"un qonağı olub.

20-ci tur çərçivəsində keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesabı ilə yekunlaşıb. Start heyətində yer alan Diniyev 78-ci dəqiqədə əvəzlənib. Bandırma təmsilçisi hər iki qolu Coşqun meydanı tərk etdikdən sonra buraxıb.

Qeyd edək ki, "Bandırmaspor"un qələbəsiz oyunlar seriyası 5-ə yüksəlib. Bu görüşlərdə iki dəfə uduzan komanda 34 xalla 3-cü pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0