Premyer Liqa klubu “Fənər”lə razılaşdı
19.01.2025 - 00:57
Türkiyə Super Liqası komandalarından “Fənərbaxça” müdafiə xəttini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər” “Aston Villa” forması geyinən Dieqo Karlos ilə anlaşıb.
Tərəflər arasında razılaşmaya əsasən, İstanbul təmsilçisi müdafiəçi üçün Premyer Liqa klubuna 12+2 milyon avro ödəniş etməli olacaq.
3,5 illik müqaviləyə imza atması gözlənilən oyunçu, illik 4 milyon avro məvacib qazanacaq.
Qeyd edək ki, 31 yaşlı braziliyalı karyerası ərzində “Sevilya”, “Nant”, “Porto” kimi klubların şərəfini qoruyub.
0
0