Millinin məşqçisi: "Yığmamız səbətlərin ən güclü komandaları ilə eyni qrupa düşüb"
09.02.2024 - 09:31
"Düşünürəm ki, çətin qrupa düşdük".
Apasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin məşqçisi Arif Əsədov UEFA Millətlər Liqasındakı püşkatma barədə danışarkən deyib.
Mütəxəssis püşkatmanın nəticələrini belə dəyərləndirib: "Millimiz səbətlərin ən güclü komandaları ilə eyni qrupa düşüb. Həmin yığmaların hər biri ilə bu yaxınlarda oyunlarımız olub. Bu qarşılaşmalarda qalib də gəlmişik, məğlub da olmuşuq. Qələbə qazanıb azarkeşlərimizi sevindirməyə çalışacağıq".
Qeyd edək ki, Azərbaycan yığması C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə üz-üzə gələcək.
0
0