"Neftçi" və "Qarabağ" millimizin forvardı üçün yarışacaq
13.12.2024 - 14:58
"Neftçi" və "Qarabağ" millimizin forvardı üçün yarışacaq

Azərbaycan millisinin forvardı Renat Dadaşov Azərbaycan Premyer Liqasında oynaya bilər.

Apasport.az saytına verilən məlumata görə, hazırda “Ankaragücü”ndə oynayan forvarda “Neftçi” və “Qarabağ” klubları maraq göstərir.

Bu komandalar Dadaşovu yayda heyətinə qatmaq istəyir.

Renatın komandasının mövsümün sonunda Super Liqaya yüksəlib-yüksəlməməsindən çox şey asılı olacaq. Məsələ burasındadır ki, millimizin hücumçusu yüksək liqada oynamaq istəyir. Əgər “Ankaragücü” bunu bacarmasa, Renatın paytaxt klubundan ayrılmaq ehtimalı var.

Avropadan gələcək təkliflər onu qane etməsə, “Neftçi” və “Qarabağ”dan aldığı təklifi gözdən keçirəcək.

25 yaşlı forvardın “Ankaragücü” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

writer photo
Əlirza Əlirzalı
0