2024-cü ildə Misli Premyer Liqasında 180 oyun keçirilib.
Apasport.az xəbər verir ki, 2023/24 mövsümünün ikinci, cari çempionatın ilk yarısını əhatə edən bu matçlarda 472 qol vurulub.
9 komanda hər iki mövsümdə, “Qəbələ” və “Şamaxı” yarım il ərzində Premyer Liqada mübarizə aparıb.
İlin ən yaxşısı “Qarabağ” olub. 36 matçda 89 xal toplayan Qurban Qurbanovun yetirmələri böyük fərqlə digər komandaları üstələyiblər. 28 qələbəsi olan Ağdam klubu qol sayında “100”ün bir addımlığında qalıb.
“Sabah” ikinci, “Zirə” üçüncü göstəriciyə malikdir. Qəsəbə klubu 36 oyun keçirənlər arasında ən az top buraxan komandadır.
1 | Qarabağ | 36 | 28 | 5 | 3 | 99-30 | 89 |
2 | Sabah | 36 | 17 | 11 | 8 | 52-42 | 62 |
3 | Zirə | 36 | 17 | 8 | 11 | 48-28 | 59 |
4 | Turan Tovuz | 36 | 15 | 13 | 8 | 48-40 | 58 |
5. | Sumqayıt | 36 | 14 | 8 | 14 | 33-41 | 50 |
6 | Araz-Naxçıvan | 36 | 14 | 7 | 15 | 32-44 | 49 |
7 | Neftçi | 36 | 11 | 12 | 13 | 46-50 | 45 |
8 | Kəpəz | 36 | 9 | 5 | 22 | 40-79 | 32 |
9 | Səbail | 36 | 6 | 7 | 23 | 40-63 | 25 |
10 | Şamaxı | 18 | 4 | 5 | 9 | 16-23 | 17 |
11 | Qəbələ | 18 | 3 | 3 | 12 | 18-32 | 12 |