“Qarabağ”ın şansı möcüzələrə qaldı - YENİLƏNİB
13.12.2024 - 01:51
“Qarabağ”ın şansı möcüzələrə qaldı - YENİLƏNİB

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində bu gün növbəti oyuna çıxıb.

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri İsveçdə “Elfsborq”la üz-üzə gəlib.

“Boras” arenada baş tutan görüş qarşılıqlı hücumlar şəriatində keçib. Hesab ikinci yarıda açılıb. Meydan sahibləri Ahmed Qaşemin vurduğu qolla önə keçib.

Bundan sonra ağdamlılar hücumlarını artırsalar da, bərabərliyə nail ola bilməyiblər.

Bununla da, artıq "Qarabağ"ın pley-off şansları möcüzəyə bərabərdir. Düzdür, riyazi olaraq komandanın "24-lüy"ə düşmək ehtimalı var. Amma bu, çox cüzidir.

UEFA Avropa Liqası
Liqa mərhələsi, VI tur
12 dekabr
00:00 "Elfsborq" (İsveç) – "Qarabağ" 1:0
Qol: Ahmed Qaşem, 57

Baş hakim: Antoniu Nobre (Portuqaliya)
“Elfsborq”: 31. İsak Pettersson, 29. Buhari İbrahim, 8. Sebastian Holmen (k), 2. Terri Yeqbe, 23. Niklas Hült, 15. Simon Hedlund, 27. Besfort Zeneli, 15. Timoti Ouma, 18. Ahmed Kasem, 10. Maykl Baidu, 9. Arber Zeneli
Baş məşqçi: Oskar Hilemark
“Qarabağ”: 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 2. Meteus Silva, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 18. Juninyo
Baş məşqçi: Qurban Qurbanov
“Boras” arena

writer photo
Əlirza Əlirzalı
0