Misli Premyer Liqasının III turundan təxirə salınmış “Şamaxı” – “Qarabağ” qarşılaşmasının təyinatları açıqlanıb.
Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 19-da keçiriləcək matçı Rəşad Əhmədov idarə edəcək.
Şamaxı şəhər stadionunda baş tutacaq oyunun start fiti saat 14:00-da səsləndiriləcək.
Misli Premyer Liqası
III turdan təxirə salınmış oyun
19 dekabr
14:00. “Şamaxı” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Rauf Allahverdiyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı şəhər stadionu