Misli Premyer Liqasında III turdan təxirə salınmış “Zirə” – “Araz-Naxçıvan” oyununun təyinatları müəyyənləşib.
Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmanı Rauf Cabarov idarə edəcək.
Ona meydanda Eyyub İbrahimov və Asiman Əzizli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək. VAR-da Nicat İsmayıllı yer alacaqsa, AVAR hakimi Kamran Bayramov olacaq.
Görüşün hakim-inspektoru Ramil Diniyev, AFFA nümayəndəsi İlham Əliyev olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 6-da, saat 19:00-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.
- UEFA-nın prezidenti Ronaldonu mükafatlandırıb
- Milli komandamızın üzvü "Antalyaspor"da
- Millimizin üzvü Avropa çempionatının ən dəyərli basketbolçusu seçilib
- Anar Dünyamalıyev: "2-ci liqaya çıxmaq istəyiriksə, xarakter göstərməliyik"
- "Neftçi"nin aşağı yaş qruplarından ibarət komandalarına seminar keçirilib