Volkov 50-ci qolunu vurub
02.12.2024 - 10:33
Volkov 50-ci qolunu vurub

"Zirə"nin legioneri Davit Volkov Misli Premyer Liqasında 50-ci qolunu vurub.

Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, o, XV turun “Sumqayıt”la görüşündə (4:1) het-trikə imza atıb.

D.Volkovun matçdakı son qolu yubiley – 50-ci olub.

Gürcüstanlı hücumçu buna Premyer Liqadakı 163-cü görüşündə çatıb. Volkov Azərbaycanda üç klubda forma geyinib. O, “Zirə”də 27, “Sabah”da 16, “Qəbələ”də 7 qola imza atıb.

Davit Azərbaycan çempionatları tarixində 50 və daha çox qol vuran 41-ci futbolçudur.

1 Nazim Əliyev 183
2 Müşfiq Hüseynov 125
3 Rövşən Əhmədov 116
4-5 Qurban Qurbanov 115
  Samir Ələkbərov 115
6 Alay Bəhramov 108
7 Nadir Nəbiyev 103
8-9 Xaqani Məmmədov 102
  Vadim Vasilyev 102
10 Kənan Kərimov 101
11 Musa Qurbanov 94
12 Fazil Pərvərov 89
13 Samir Musayev 88
14-15 Fərrux İsmayılov 85
  İmamyar Süleymanov 85
16 Samir Əliyev 84
17 İsmayıl Məmmədov 76
18 İlham Məmmədov 74
19 Azər İsayev 73
20 Paşa Əliyev 72
21 Badri Kvaratsxeliya 71
22 Zaur Ramazanov 70
23 Yunis Hüseynov 66
24-25 Vidadi Rzayev 65
  Mahir Əliyev 65
26 Rauf Əliyev 63
27-29 Mahmud Qurbanov 61
  Ramiz Məmmədov 61
  Georgi Adamiya 61
30-31 Mahir Emreli 59
  Filip Ozobiç 59
32 Rəşad Abdullayev 58
33 Vaqif Cavadov 53
34 Amil Yunanov 52
35-36 Həsən Abdullayev 51
  Riçard Almeyda 51
37-41 Vüqar Qəmbərov 50
  Mehman Baxışov 50
  Yalçın Bağırov 50
  Viktor İqbekoyi 50
  Davit Volkov 50
writer photo
Əlirza Əlirzalı
0