"Linkoln" Çempionlar Liqası II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Qarabağ"a 0:5 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, Cəbəllütariq təmsilçisinin baş məşqçisi Xavyer Munyos matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
Çətin oyun oldu. Kiminlə qarşılaşdığımızı bilirdik. Dik durmağa çalışdıq. Amma bilirdik ki, hansı komanda ilə oynayırıq. "Qarabağ" çox güclü idi. Sona qədər vuruşduq. Lakin heç nə alınmadı, bacarmadıq.
Bugünkü "Qarabağ" Çempionlar Liqasının qrupunda oynaya bilər?
Həqiqətən çox güclü komandanız var. Qurban Qurbanov uzun müddətdir buradadır. Bəlli ideyası, strategiyası olan komandanız var. Bu komandada olan istedadlı futbolçular, performanslarına görə ÇL-in qrupuna əsas namizədlərdən sayılır. Amma futbol oynamaq, mərhələlər keçmək lazımdır.
İmkanınız olsaydı, "Qarabağ"dan hansı futbolçunu heyətinizə qatardınız?
Əslinə qalsa, əlimdə olan heyətdəki oyunçulardan razıyam. Bütün futbolçularınız çox güclüdür. Təkcə birini seçmək çox çətindir.
- “Xəzri” amerikalı basketbolçu ilə yollarını ayırdı
- Yığmamıza hazırlıq Tomaşevskiyə tapşırıldı
- Laurentsiu Regekampf: “Neftçi"də geridönüş üçün güc var" - MÜSAHİBƏ
- Zaur Həşimov: “Çempionluq mübarizəsində “Neftçi” “Qarabağ”a rəqib kimi görünmür” - MÜSAHİBƏ
- Artim Şakiri: "2 qırmızı vərəqə ilə istənilən rəqibə qarşı oynamaq ağırdır"