Lənkəran klubunun kapitanı: "Rəqib sona qədər döyüşəcək"
22.01.2025 - 15:27
Lənkəran klubunun kapitanı: "Rəqib sona qədər döyüşəcək"

"Lənkəran"ın kapitanı Rəşid Abbasov klubun mətbuat xidmətinə açıqlama verib. 

Apasport.az xəbər verir ki, o, basketbol üzrə Azərbaycan Kubokunun 1/8 finalında NTD-yə qarşı oynayacaqları matçla bağlı danışıb: 

"NTD yaxşı komandadır. Onlar hər oyuna qələbə qazanmaq üçün çıxırlar. Güclü məşqçilər heyəti var. Rəqib sona qədər döyüşəcək. Onların Əkbər Məmmədov kimi dəyərli yerli oyunçusu var. Mövsümün əvvəlində NTD-nin vəziyyəti elə də yaxşı deyildi. Hazırda heyətləri tam dəyişib. Kluba yeni legionerlər qoşulub. Daha güclü olublar. Amma deməzdim ki, bu bizim üçün çox fərq edəcək. Çünki hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Çətin olacaq. Amma inanıram ki, qalib gələ bilərik. Kubok 3+2 sistemi ilə oynanıldığı üçün hər bir matçda qələbə şansı var".

Qeyd edək ki, "Lənkəran" - NTD matçı yanvarın 28-də, saat 14:00-da Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0