“Lənkəran”ın basketbolçusu: “Çətin günlər keçiririk”
21.12.2024 - 12:59
“Lənkəran”ın basketbolçusu: “Çətin günlər keçiririk”

“Lənkəran”ın basketbolçusu Andre Ball klubun mətbuat xidmətinə müsahibə verib.

Apasport.az xəbər verir ki, amarikalı oyunçu geridə qalan turları dəyərləndirib, ABL-nın səviyyəsindən və Lənkəran şəhəri haqqında danışıb.

- "Sumqayıt"a qarşı VII turun oyununda komandanın ən yaxşı məhsuldar oyunçusu oldun. Buna baxmayaraq yekunda 99:108 hesabl ilə məğlub olduz. Çıxışın və oyun haqqında fikirlərin necədir?
- "Sumqayıt"a qalib gəlməli idik. Çünki son zamanlar çətin dövr keçiririk. Buna görə hər oyunun sonunda qələbə hədəfimizdir. Fərdi çıxışımda güclü və zəif tərəflər var, amma əsas odur ki, hər zaman qələbəyə kömək etmək üçün mübarizə aparıram və bunu edəcəyəm.

- "Quba" ilə oyunda ilk ev qələbəsini əldə edəcəyinizi düşünürsüz?
- Bu matçda qələbə qazanacağımıza inanıram. Məşqlərdə doğru şeyləri müzakirə edirik. Sadəcə bunu oyunda doğru icra etmək qalır.

- Hər oyunda “dunklar”la diqqət çəkirsiz. Xüsusi olaraq onlara çalışırsınızmı? “Dunklar”a olan sevginiz haradan gəlir?
- Xüsusi olaraq onlar üçün çalışmıram, amma “dunklar”ın oyuna gətirdiyi enerji və həyəcanı çox sevirəm.

- Azərbaycan Basketbol Liqasında nəyi bəyənirsiz? Çempionatın səviyyəsi barədə nə deyə bilərsiniz?
- Azərbaycan Basketbol Liqasındakı rəqabəti bəyənirəm. Bu liqa mənə peşəkar karyeramda düzgün yol göstərir və basketbolçu olaraq irəliləməyimdə böyük rol oynayır.

- Lənkəran haqqında fikirləriniz necədir? 
- Lənkəran gözəl yerdir, insanlar çox səmimi və mehribandır. Həmçinin, Azərbaycanda getdiyim bütün yerlərdə bu belədir.

writer photo
Əlirza Əlirzalı
0