Salah tarixə düşdü: "Liverpul"dan 7-ci qələbə
22.01.2025 - 09:00
Salah tarixə düşdü: "Liverpul"dan 7-ci qələbə

UEFA Çempionlar Liqasının əsas mərhələsində "Liverpul" "Lill"i məğlub edib.

Apasport.az xəbər verir ki, Premyer Liqa nəhəngi Muhammed Salah və Harvey Elliottun qolları ilə 2:1 hesablı qələbə qazanıb. 

Arne Slotun komandası xallarının sayını 21-ə çatdıraraq Çempionlar Liqasının liqa mərhələsini ilk 8-likdə başa vuracağını təmin edib və turnirin 1/16 mərhələsinə vəsiqə qazanıb.

"Liverpul"un ilk qolunu vuran Salah Çempionlar Liqasında 51-ci dəfə fərqlənib. O, bu qolla Avropanın ən nüfuzlu turnirinin bombardirləri arasında 10-cu yeri tutub.

Bu mövsüm "Liverpul"un heyətində 30 matça çıxan Salah 22 qol vurub, 17 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Liqa mərhələsinin son həftəsində "Liverpul" səfərdə PSV ilə qarşılaşacaq. "Lill" öz meydanında "Feyenoord"u qəbul edəcək. 

writer photo
Əlirza Əlirzalı
0