"Quba”nın amerikalı basketbolçusu Jalen Reynolds klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, Jalen bölgə təmsilçisinə keçidini dəyərləndirib:
“Quba”ya keçidim yaxşı və rahat oldu. Bu mənim legioner həyatı yaşadığım ilk klubdur və ABŞ-dən fərqlidir. Amma düşünürəm ki, buna öyrəşəcəyəm. Bütün diqqətimi Bakıdakı tapşırığa yönəltmişəm, “Quba”ya xeyir vermək istəyirəm. “Gəncə” ilə matçda debüt edə bilərəm. Həmin oyunu səbirsizliklə gözləyirəm. Komandaya kömək etməyə çalışacağam”.
Qeyd edək ki, "Quba" hazırda Azərbaycan Basketbol Liqasının B qrupunda 14 xalla beşinci pillədə qərarlaşıb.