"Borussiya"da Nuri Şahin dönəmi rəsmən başa çatdı
22.01.2025 - 12:09
"Borussiya"da Nuri Şahin dönəmi rəsmən başa çatdı

Bundesliqa təmsilçilərindən "Borussiya Dortmund" baş məşqçisi Nuri Şahinlə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub rəhbərliyi Nuri Şahini Çempionlar Liqasının "Bolonya" ilə matçından (2:1) sonra istefaya göndərib. Bu, Almaniya klubunun ardıcıl 4-cü məğlubiyyəti olub.

Türkiyəli mütəxəssis 2024-cü ilin iyun ayından komandanı çalışdırırdı. 

Qeyd edək ki, Bundesliqada son 7 matçda 1 qələbə qazanan komanda turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

0