Daha öncə bildirdiyimiz kimi, Türkiyə Super Liqasının XVII turunda qalmaqal baş verib.
"Trabzonspor" - "Bodrum" matçından (1:0) öncə Volkan Demirel Şenol Güneşlə görüşməkdən imtina edib.
Apasport.az xəbər verir ki, oyundan sonra Demirel hadisə ilə bağlı açıqlama verib.
O, Şenol Güneşdən üzr istəmədiyini bildirib:
“Bir insanın ölüyə hörməti yoxdursa, mənim də onun dirisinə hörmətim olmaz! Bəzi hadisələr var. Hər kəs özlüyündə düşünür. Mənim klublarla problemim yoxdur. Hamısına hörmət edirəm. Bu, mənim şəxsi işimdir. Həyatda iki dəfə çətinlik yaşamışam. Birincisi zəlzələ zamanı, ikincisi atamı itirəndə. Danışdıqca sıxılıram.
Biz can çəkişəndə, morqda ölüləri müəyyənləşdirəndə Şenol Güneş öz klubuna şirin görünmək üçün “Hatayspor” oynaya bilər” dedi. Bunu gördüyüm yerdə dilə gətirəcəyimi söyləmişdim. O, bunu edəcəyimi bildiyi üçün məni tunelin çıxışında gözləyirdi. İndiyə qədər hansısa məşqçinin orda gözlədiyini görməmişəm.
Qələbənin verdiyi rahatlıqla Şenol Güneş mənə “çox tərbiyəsizsən” dedi. Sənin əlini sıxmadığım üçün belə deyirsənsə, bəli, tərbiyəsizəm. Amma həyatını itirən insanları düşünmədən elə davranmışdınsa, əsl tərbiyəsiz sənsən! Etdiyim hərəkət üçün ictimaiyyətdən üzr istəyərəm, amma Şenol Güneşdən əsla!”.