Beynəlxalq Boks Assosiasiyasının keçmiş nümayəndəsi Azərbaycana gəlib
12.12.2024 - 17:39
Beynəlxalq Boks Assosiasiyasının keçmiş nümayəndəsi Azərbaycana gəlib

Beynəlxalq Boks Assosiasiyasının (İBA) Texniki Komitəsinin sabiq sədri Raymond Silvas Azərbaycana səfərə gəlib.

Apasport.az xəbər verir ki, amerikalı mütəxəssis səfər çərçivəsində ölkə çempionatına qatılacaq komandaların məşqçiləri və döyüşləri idarə edəcək hakimlərə seminar keçib.

Seminarda yarışa hazırlıq məsələləri, qaydalar və mübahisələrə səbəb olan qərarlar müzakirə edilib, lazımi təlimatlar verilib.

Qeyd edək ki, Raymond Silvas dekabrın 15-20-də kişi və qadın boksçular arasında keçiriləcək Azərbaycan çempionatının supervayzeri olacaq.

writer photo
Əlirza Əlirzalı
0