Millimizin üzvü İndoneziyada dünya çempionu olub
10.12.2024 - 16:34
Millimizin üzvü İndoneziyada dünya çempionu olub

İndoneziyanın Bali şəhərində MMA və qrapplinq üzrə dünya çempionatına start verilib.

Apasport.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin idmançıları iki medal qazanıblar.

16 yaşadək idmançılar arasında mübarizə aparan Əli Məmmədov dünya çempionu tituluna sahib çıxıb. 58 kq çəkidə qüvvəsini sınayan təmsilçimiz 1/4 finaldan başlayaraq çexiyalı Oliver Traqan, ukraynalı Yaşeslav Atlasov və neytral statuslu rusiyalı Maksim Dujakı məğlub edib.

Şamil Şərifzadə isə gənclərin 79 kq çəkidəki mübarizəsində fərqlənib. O, yalnız finalda uduzaraq gümüş mükafat əldə edib. Komandamız turnirə 6 idmançı ilə yollanıb.

writer photo
Əlirza Əlirzalı
0