Eltac Səfərlidən qələbə və heç-heçə
15.12.2024 - 22:27
Eltac Səfərlidən qələbə və heç-heçə

Azərbaycan şahmatçısı Eltac Səfərli Skopyedə keçirilən “Skopje Open” beynəlxalq turnirində bu gün 2-ci oyununu keçirib.

Apasport.az xəbər verir ki, qrosmeysterimiz 7-ci tur çərçivəsində Momçil Petkovla (Bolqarıstan) qarşılaşıb.

Görüş heç-heçə yekunlaşıb. Bu nəticədən sonra xalını 5,5-ə yüksəldən 2-ci pillədəki mövqeyini qoruyub. İlk pillələrdə qərarlaşan şahmatçılar eyni xala malikdirlər.

Qeyd edək ki, Eltac bu gün digər görüşdə almaniyalı Marius Fromma qalib gəlib.

writer photo
Əlirza Əlirzalı
0