Aleks de Souza ilə yollar ayrılıb
13.01.2025 - 20:56
Aleks de Souza ilə yollar ayrılıb

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası yaşanıb.

Apasport.az xəbər verir ki, "Antalyaspor" Aleks de Souza ilə yollarını ayırıb.

Bunu klubun mətbuat xidməti açıqlayıb. İstefaya səbəb komandanın uğursuz çıxışı olub.

Qeyd edək ki, "Antalyaspor" 21 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0