Çempionluq bayramında mafiya bossunun oğlu güllələndi
06.05.2023 - 15:06
“Napoli”nin İtaliya çempionluğunu təmin etməsi böyük iğtişaşlarla müşayiət olunub.
Apasport.az saytının məlumatına görə, Neapolda küçələrə axışan azarkeşlər skudettonu kütləvi şəkildə bayram edib.
Bu hadisələr zamanı 200-dən artıq şəxs yanıq, astma xəstəliyi, bıçaq və güllə yarasından əziyyət çəkib. Qaribaldi meydanında atışma yaşanıb.
Kamorra mafiyasının bossu hesab olunan Maurisio Kostantsonun 29 yaşlı oğlu Vinçentso da güllələnib. Onu xəstəxanaya çatdırmaq mümkün olsa da, orada vəfat edib.
Qeyd edək ki, Luçano Spallettinin yetirmələri 33 ildən sonra İtaliya çempionu adını qazanıb.
- "Neftçi" avrokuboklara düşsə, bu heyətlə heç bir uğur qazana bilməyəcək" - Müsahibə
- Çempionlar Liqası: Zədəlilər, cəzalılar, ƏMSALLAR...
- Rusiyada oynamış azərbaycanlı futbolçulardan ibarət simvolik “11-lik”
- "Milan" Romada darmadağın edildi - VİDEO
- Mehdi Hüseynzadə adına stadiondakı oyunun biletləri satışa çıxarılır
0
0