İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
21.12.2024 - 09:14
İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub

Dünyanın ən yaxşı klub məşqçiləri bəlli olub.

Apasport.az xəbər verir ki, bu, İFFHS-in nümayəndələri arasında keçirdiyi səsvermə ilə müəyyənləşib.

“Real”ın baş məşqçisi Karlo Ançelotti 2024-cü ilin ən yaxşısı seçilib. İtaliyalı mütəxəssis 268 xal toplayıb.

“Bayer”in ispan çalışdırıcısı Xabi Alonso 104 xalla ikinci olub. Onun “Mançester Siti”də çalışan həmyerlisi Pep Qvardiola 88 xalla üçüncü yeri tutub.

Qeyd edək ki, 2007-ci ildə “Milan”, 2014-cü və 2022-ci illərdə “Real”da bu mükafatı qazanan Ançelotti 4-cü dəfə dünyanın ən yaxşısı olub.

writer photo
Əlirza Əlirzalı
0