Mehmet Topalı göndərib Mutunu gətirirlər
28.12.2024 - 16:19
Mehmet Topalı göndərib Mutunu gətirirlər

"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu yenidən Rumıniya futboluna qayıdır.

Apasport.az xəbər verir ki, 45 yaşlı mütəxəssis "Petrolul" klubunun yeni baş məşqçisi olacaq. Bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

Türk məşqçi Mehmet Topalın istefa etməsinin ardından Ploieşti təmsilçisi Mutu ilə danışıqlara başlayıb. Klub prezidenti Klaudiu Tudor mətbuata açıqlamasında tərəflərin artıq razılığa gəldiyini bildirib. Onun sözlərinə görə, Mehmet Topalla müqavilə rəsmən ləğv olunduqdan sonra Adrian Mutu ilə yeni sözləşmə imzalanacaq.

Xatırladaq ki, Adrian Mutu 2023/24 mövsümünün ilk yarısında "Neftçi"nin baş məşqçisi olub. Rumıniyalı mütəxəssis daha əvvəl ölkəsində ÇFR klubunu çalışdırıb və bu ilin aprelində istefaya göndərilib.

writer photo
Əlirza Əlirzalı
0