Almaniya millisinin sabiq futbolçusu Qonsalo Kastro karyerasını bitirib.
Apasport.az saytının məlumatına görə, bunu Dortmund “Borussiya”sı, “Bayer” və “Ştutqart” kimi klublarda oynamış yarımmüdafiəçi açıqlayıb.
Üç ay öncə 35 yaşını qeyd edən veteran peşəkar futboldan getməyə üstünlük verib. “Arminiya” ilə bu yay başa çatan müqaviləsinin ardından azad agent statusu alan Kastro yeni klub tapa bilməyib. Bu üzdən də futbola vida etmək qərarına gəlib.
Qeyd edək ki, yarımmüdafiəçi Bundesliqada 421 oyunda 38 qol və 80 assistə imza atıb. O, 2007-ci ildə debüt etdiyi Almaniya millisində 5 matç keçirib.
- İspaniyalı məşqçi İngiltərə klubuna baş məşqçi təyin olundu
- Veynalduma Türkiyə və Səudiyyə Ərəbistanından təklif
- Yığmamızdan ardıcıl ikinci qələbə
- Dünya çempionatı üçün heyət açıqlandı – Rüstəm Orucov yoxdur
- Prezident cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub