“Montsa”nın İkardi planı
04.08.2022 - 15:13
PSJ-nin futbolçusu Mauro İkardi karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu “Montsa”nın maraq dairəsindədir.
Silvio Berluskoninin sahibi olduğu klub təcrübəli forvarda ehtiyac duyur. PSJ-nin yeni baş məşqçisi Kristof Qaltyenin planlarına daxil olmayan İkardi də komandadan getmək variantı axtarır. A seriyası təmsilçisi onu icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, İkardinin parislilərlə müqaviləsi 2024-cü ildə başa çatacaq.
- Ukrayna tarixinin “11-liy”i: “Neftçi” və “Şamaxı”nın sabiq baş məşqçiləri də heyətdə
- Boksçularımızın 2022-ci ildə beynəlxalq yarışda qazandığı medalların sayı açıqlandı
- "Neftçi"nin daha bir yerdə futbol məktəbi açıldı
- "Səbail" rekordunu təkrarlayıb
- Azərbaycanlı FIFA referisi Dubaydakı turnirə təyinat aldı
0
0