Renatın komandası son dəqiqədə xal itirdi
13.01.2024 - 17:24
Türkiyə Super Liqasının 20-ci həftəsində " Hatayspor" öz meydanında "Pendikspor"u qəbul edib .
Apasport.az xəbər verir ki, matçın ilk hissəsində qol olmasa da, 47-ci dəqiqədə səhnəyə çıxan Riqoberto Rivas vurduğu qolla "Hatayspor"u 1:0 önə keçirib.
90+4-cü dəqiqədə bu qola Leandro Kappel cavab verib və görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Meydan sahibləri xallarını 21-ə, qonaq komanda “Pendikspor” isə xallarını 16-ya yüksəldib.
Qeyd edək ki, millimizin üzvü Renat Dadaşov matça start heyətlə başlasa da, sonradan meydanı tərk edib.
- “Bakı” avrokuboka məğlubiyyətlə başladı
- "Mingəçevir" baş məşqçisi ilə yollarını ayırıb
- Avropa birinciliyi: Bir boksçumuz finalda, daha ikisi yarımfinalda
- Qurban Qurbanov: "Müdafiəçi üçün klublara müraciət edəcəyik"
- Vaqif Cavadov: “Ardıcıl qələbələr onların yaxşı formada olmasından qaynaqlanır” - MÜSAHİBƏ
0
0