Sabiq “Trazbzonspor”lu Super Liqa klubu ilə razılaşıb
22.01.2025 - 19:59
Volkan Demirelin baş məşqçisi olduğu “Bodrumspor” heyətini gücləndirməyə davam edir.
Apasport.az xəbər verir ki, klub “Trabzonspor”la müqaviləsinə xitam verən Enis Bardi ilə razılaşıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
29 yaşlı futbolçu tibbi yoxlanışdan keçmək üçün bu gün Türkiyəyə gələcək.
Qeyd edək ki, Enis mövsümün ilk yarısı “Trabzonspor”un heyətində 13 rəsmi matçda çıxış edib. Hücumameyilli yarımmüdafiəçi bu qarşılaşmalarda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0