Super Liqadan La Liqa klubuna
16.01.2025 - 17:17
Super Liqadan La Liqa klubuna

Bir müddət əvvəl Türkiyə Super Liqası komandalarından “Trabzonspor”la müqaviləsinə qarşılıqlı şəkildə xitam verən Enis Bardinin yeni ünvanı bəlli olub.

Apasport.az xəbər verir ki, 29 yaşlı futbolçu karyerasını “Real Valyadolid”də davam etdirəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, oyunçu ilə “Espanyol” və “Rayo Vallekano” klubları maraqlansa da, o, seçimini braziliyalı Ronaldonun sahibi olduğu komandadan yana istifadə edib.

Qeyd edək ki, “Real Valyadolid” 15 xalla turnir cədvəlinin 19-cu sırasında qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0