TFF Dursun Özbeki 30 günlük cəzalandırdı
13.12.2024 - 14:19
TFF Dursun Özbeki 30 günlük cəzalandırdı

TFF "Qalatasaray"ın  prezidenti Dursun Özbeyi cərimələyib.

Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

Prezidentin televiziya kanallarında və klubun sosial media hesabında verdiyi açıqlamalar onun cərimələnməsinə səbəb olub. 

Belə ki, Özbek qatıldığı televiziya proqramında verdiyi açıqlamalara görə 150 ​​min TL, klubun sosial media hesabından paylaşdığı ifadələrə görə isə 210 min lirə cərimə və 30 gün hüquqlarından məhrum edildiyi bildirilib.

Qeyd edilib ki, "Qalatasaray" "Sivasspor" matçında meydanda baş verən insidentlər və komanda olaraq idmana yaraşmayan hərəkətlərə görə "aslanlar" ümumilikdə 785 min TL cərimə olunub.

writer photo
Əlirza Əlirzalı
0