Ukrayna millisinin futbolçusunda dopinq aşkarlanıb
17.12.2024 - 09:45
Ukrayna millisinin futbolçusunda dopinq aşkarlanıb

“Çelsi”nin və Ukrayna millisinin futbolçusu Mixail Mudrikin dopinq testi müsbət çıxıb.

Apasport.az xəbər verir ki, onun qanında qadağan olunmuş maddə aşkarlanıb. 

Mudrikdən növbəti test götürüləcək. Yenidən pozitiv nəticə olsa, oyunçu uzun müddətlik diskvalifikasiya olunacaq. Ukrayna millisinin üzvünün 4 illik cəza alacağı gözlənilir. 

Ukraynalı futbolçu 2023-cü ilin yanvarından 70 milyon avro qarşılığında “Çelsi”yə keçib.

23 yaşlı vinger bu mövsüm bütün turnirlərdə 15 oyun keçirib, 3 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. 

writer photo
Əlirza Əlirzalı
0