Ukraynalı futbolçu Mbappenin uğurunu təkrarlayıb
23.12.2024 - 12:54
Ukraynalı futbolçu Mbappenin uğurunu təkrarlayıb

İtaliya çempionatının 17-ci turu çərçivəsində “Roma” səfərdə “Parma” üzərində 5:0 hesablı qələbə qazanıb. Romalıların qollarından birini Artyom Dovbik vurub.

Apasport.azxəbər verir ki, ukraynalı hücumçu son iki mövsümdə Avropanın ən yaxşı 5 çempionatında 20 fərqli komandaya qol vuran ikinci oyunçu olub.

Bundan əvvəl hazırda “Real”da çıxış edən 26 yaşlı forvard Kilian Mbappe də eyni uğuru əldə etmişdi.

Dovbik 2024/25 mövsümünün ilk yarısında 22 oyun keçirib, 9 qol vurub və 1 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0