Virtz ən yaxşı seçildi
17.01.2025 - 11:34
Virtz ən yaxşı seçildi

"Bayer Leverkuzen"in yarımmüdafiəçisi Florian Virtz dekabr ayında Almaniya Bundesliqasının ən yaxşı oyunçusu seçilib.

Apasport.az xəbər verir ki, 21 yaşlı futbolçu dekabrda Almaniya çempionatının üç oyununda iştirak edib.

Virts bu oyunlarda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Almaniyalı futbolçu səsvermədə Coşua Kimmix ("Bavariya"), Camal Musiala ("Bavariya"), Miçel Vayzer ("Verder"), Nik Voltemade ("Ştutqart") və Pol Nebeli ("Maynts") geridə qoyub.

Qeyd edək ki, Florian Virts Bundesliqada bu mövsüm 17 oyun keçirib. O, bu oyunlarda 7 qol vurub, 7 məhsuldar ötürmə edib.
 

writer photo
Əlirza Əlirzalı
0