III MDB Oyunları: Millimiz gümüş medallara sahib çıxdı - YENİLƏNİB
04.10.2025 - 15:52
Bu gün 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə keçirilən III MDB Oyunlarında final matçına çıxıb.
Apasport.az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv həlledici oyunda Rusiya yığması ilə qarşılaşıb.
Qəbələ şəhər stadionunda baş tutan görüşə saat 14:00-da start verilib.
Gərgin mübarizə şəraitində keçən oyunda azarkeşlər 5 qola şahid olublar.
Qarşılaşma Rusiya millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, yığmamız turnirin gümüş medallarına layiq görülüb.
III MDB Oyunları
Final
14:00. Azərbaycan - Rusiya 2:3
- Matiç Liqa 1 klubundan ayrıldı - müqaviləsinə xitam verildi
- Cüdoçularımız Şimali Makedoniyada beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb
- “Flamenqo” baş məşqçisi ilə bağlı qərarını verib - RƏSMİ
- Derbidə oyun dayandı: 4 qırmızı birdən
- Qismət Alıyev: "Avropa komandaları “Qarabağ”la başabaş oynaya bilmir”
0
0