“Leyriya”nın hücumçusu Xuan Munyoz böyük ehtimalla “Qarabağ”a transfer olunmayacaq.
Apasport.az saytına verilən məlumata görə, 29 yaşlı forvard Ağdam klubunun transfer siyahısında yer alsa da, digər hücumçularla aparılan danışıqlar müsbət irəliləyir.
Bundan əlavə, həmin oyunçular Qurban Qurbanovun daha çox istədiyi futbolçular olduğundan, Munyozla razılıq əldə etmək artıq prioritet məsələ deyil.
Beləliklə, Munyoz məsələsi ehtiyat variant kimi kənara qoyulub. Həmin forvardlardan birinin transferinin reallaşacağı nəzərə alınarsa, “Qarabağ” Munyozun keçidinə ciddi üstünlük verməyəcək.
Qeyd edək ki, 2024-cü ildən Portuqaliya klubunda çıxış edən ispaniyalı mərkəz hücumçusu “Sevilya”nın yetirməsidir. O, karyerası ərzində “Zaraqoza”, “Sevilya”, “Levante”, “Almeriya”, “Alkorkon”, “Leqanes” və “Zaqlembe” klublarında da oynayıb.
- “Qəbələ” - “Turan Tovuz” matçının taleyi bəlli olub - SABAH KEÇİRİLMƏYƏCƏK
- "Fənər"ə və "Qalatasaray"a yox dedi, "Yuventus"u seçdi
- Kenan Yıldız “Yuventus”da 100-ə çatdı
- Yığmamızın baş məşqçisi: "Amputant futbol liqasının yaradılması istiqamətində addımlar atılacaq”
- Qanalı futbolçu Azərbaycana qayıdır - ÖZƏL